Əsas səhifə > MySQL backup and recovery > MySQL backup and recovery ümumi baxış

MySQL backup and recovery ümumi baxış

Backup-ın vacibliyindən danışmayacam. Təsadüfi deyil ki böyük proyektlərdə ayrıca backup\recovery team ayrılır. Və onların işi həqiqətən də recovery-yə yarayan backup-ları almaqdan ibarətdir. Yəni backup yalnızca mysqldump-la və yaxud da hər hansı php scritp-lə .sql və yaxud .txt faylı almaq deyildir.
Terminləri izah etməklə başlayaq.
1. Physical (Raw) backupPhysical backups consist of raw copies of the directories and files that store database contents. This type of backup is suitable for large, important databases that need to be recovered quickly when problems occur. A backup that copies the actual data files
MySQL data directory-də olan bütün fayllar,həmçinin binary log-u və.s backup etmək metodudur.
Yuxarıda da deyildiyi kimi böyük database-lər üçün əlverişlidir.
3 üsulla alınır:
Hot — MySQL işləyə-işləyə isti-isti backup almaq üsulu.MySQL Enterprise Backup bu üsuldan istifadə edir.
Cold — MySQL shut-down olunur daha sonra backup alınır
Warm — MySQL işlək vəziyyətdə saxlanılır,lakin table-lar lock olur, connection-lar bağlanır və.s

2. Logical backupA backup that reproduces table structure and data, without copying the actual data files.
Adətən mysqldump vasitəsilə alınır.

Bəs yaxşı restore nədir? recovery nədir?
Restore — sadəcə alınan backup-ı geri bərpa etməkdir.
Recovery — hər hansı crash, bədbəxt hadisə və.s-dan sonra backup-ı bərpa etməklə bərabər MySQL-in stabil işləməsini qarantiliyəcək əməliyyatlar toplusudur. Innodb crach recovery buna misal ola bilər.

Backup strategiyasını düşünərkən çox vacib suallara özünüzdə cavab tapın:
1. Siz recovery zamanı hansısa məlumatı itirməyi gözə alırsınız mı? Yəni Bazar günü saat 00:30-da backup aldıqdan sonra üstündən 20 saat keçdikdən sonra nəsə baş versə və siz bazar günkü backup-dan istifadə etsəniz son 20 saat ərzində baş vermiş dəyişiklikləri itirməyi gözə alırsınız mi?
Əgər alırsınızsa işiniz asanddır. Yox əgər deyirsinizsə ki,xeyr əsla heç bir əməliyyat itirilməməlidir o zaman sizə point-in-time recovery lazım olacaq. Yəni adicə mysqldump-la və yaxud php script-lə aldığınız full backup(logical backup) sizə yardım etməyəcək.

2. Sizin recovery zamanınız və sürətiniz nə qədər olmalıdır? Sizin üçün 3-4 saat və bəlkə də daha artıq davam edən recovery vaxtı qəbul ediləndir mi? bu 3-4-5 saat ərzində user-ləriniz dözə bilərlər mi? işləriniz yarımçıq qalar mı? və.s

3. Siz nələri recover etmək istəyirsiz? Bəlkə bütün server,bütün schema, bütün table və yaxud sadəcə 1 row, 1 statement?

Tələblərinizi gözdən keçirdin və onu bir kənara aydın şəkildə yazın.

MySQL backup və recovery teknikləri(daha advance),tool-lar və.s haqqında yazılar olacaq…
Təşəkkürlər🙂

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: