Əsas səhifə > MySQL, MySQL administration > max_connections vs. max_user_connections

max_connections vs. max_user_connections

Mövcud məhşur error-lardan biri:
ERROR 1203 (42000): User user_name already has more than ‘max_user_connections’ active connections
Bəs bur error hansı səbəbə çıxır? İlk öncə max_connectionsmax_user_connections-u fərqləndirək.


max_connections: Ümumiyyətlə MySQL-ə simultane qoşulma sayını müəyyən edir. Ümumiyyətlə.
max_user_connections: 1 user-in neçə dəfə simultane qoşula biləcəyini göstərir.

Sınayaq. my.cnf-ə [mysqld] kataloqunun altına yazırıq:

max_connections = 10
max_user_connections = 5

Teorik olaraq deyə bilərik ki, bizim 10 connect olmaq hüququmuz var. Lakin root user ilə 5 connection-dan sonra dəhşətli error-umuzu yenə gördük:

Və həqiqətən də 5 dəfə connect olmuşuq:

Bunun səbəbi max_user_connections-un 5 olmasıdır. Həqiqətən də tərifdən göründüyü kimi 1 user yalnız 5 dəfə simultane connect ola bilər.

İndi isə dəyişənlərin qiymətini dəyişək:
max_connections = 3
max_user_connections = 0

indiki halda bizim max_user_connections limitsizdir yani =0-dır.
Onu da qeyd etmək lazımdır ki max_connections=3 olsa da MySQL max_connections+1 qədər qoşulmaya icazə verəcək. Yani teorik olaraq biz yalnız və yalnız 4 dəfə qoşula biləcik baxmayaraq ki max_user_connections limitsizdir😉
Sınadıq və gördük ki 4-dən çox connection olduqda:

Həqiqətən də 4 connection-umuz var:

Əgər yuxarıda göstərilən 2 ERROR-dan biri ilə qarşılaşsanız error-lardan başa düşəcəksiniz ki problem max_connections-dadır ya max_user_connections-da. Və müvafiq dəyişənlərin qiymətini artıra bilərsiniz.
Bu dəyişənlər GLOBAL-dır və qiymətlərini dəyişmək üçün SUPER privilege lazımdır. bu da yalnız root və yaxud root-a bənzər user-lərdə olur😉

Təşəkkürlər.

Kateqoriyalar: MySQL, MySQL administration
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: